“Bu komanda özünü incitməyə imkan vermir” - MÜSAHİBƏ
27.09.2012 - 15:45
“Bu komanda özünü incitməyə imkan vermir” - MÜSAHİBƏ
Gürcüstanlı müdafiəçi Valeri Abramidze “İnter”in rəsmi saytına müsahibə verib. Apasport.az saytının xəbərinə görə, təcrübəli futbolçu AZAL-la oyundan, “Neftçi” ilə matçın vaxtının dəyişdirilməsindən və “Rəvan”la keçiriləcək matç barədə danışıb.

- AZAL-la baş tutmuş oyun barədə nə deyə bilərdiniz? İkinci hissədə komandanız bir neçə təhlükəli vəziyyət yaratdı, lakin nominal ev sahiblərinə qol vurmaq mümkün olmadı.
- Hava şəraiti və ot örtüyünün vəziyyəti hər iki komandaya öz oyununu nümayiş etdirməyə imkan vermədi. Hesab edirəm ki, ümumilikdə nəticə qanunauyğundur. Bəli, ikinci hissədə biz yaxşı oynadıq, ancaq bununla belə, qol vura bilmədik. Biz AZAL-ın əks-hücumlarda oynamaq bacarığından məlumatımız vardı və düşünürəm ki, rəqibin hücum potensialını neytrallaşdırmaq bizə müyəssər oldu.

- “Neftçi” ilə oyuna hazırlaşırdınız. Lakin matçı başqa günə keçirdilər?
- Bu, bir tərəfdən yaxşıdır. Axı oradakı meydançada öz oyununu nümayiş etdirmək çətindir.

- “İnter” üçün doğma “Şəfa” stadionunda artıq yenidənqurma işləri başa çatdı. Yenilənmiş stadion necə təsir bağışlayır?
- Stadion yaxşı istiqamətə dəyişib. İndiki görünüşü mənə çox xoş təsir bağışlayır. Yenidənqurma işləri stadionun ancaq xeyrinə olub.

- Bu il Premyer Liqada rəqabət hissediləcək dərəcədə güclənib. Hər bir komanda digər komandanı məğlub etmək iqtidarındadır. Yəqin bu fikirlə razılaşırsınız.
- Çempionatda oynamaq həmişə çətindir. “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə çıxması çempionatın tərəqqisindən xəbər verir. Buraya səviyyəli legionerlər gəlməyə başlayıblar, bir çox yaxşı futbolçular burada oynamaq istərdilər.

- “İnter”in növbəti rəqibi “Rəvan” olacaq. Bu komanda barədə nə deyə bilərdiniz?
- Biz həmişə meydana yalnız qələbə üçün çıxırıq. Və bu planda “Rəvan”la matç da istisna deyil. Lakin bu komandaya haqq qazandırmaq lazımdır, onlar çox keyfiyyətli futbol oynayırlar. Bu komanda özünü incitməyə imkan vermir.