"Xəzər Lənkəran" Tovuza getdi
27.09.2012 - 16:02
"Xəzər Lənkəran" bu gün Respublika Dövlət Yol Polisinin stadionunun meydançasında səhər məşqini keçirərək günorta naharından sonra Bakını tərk edib. Apasport.az saytının məlumatına görə, komanda axşam saatlarında artıq Tovuza çatacaq.
Sentyabrın 29-da Premyer Liqanın VII turu çərçivəsində "Turan"la qarşılaşacaq "Xəzər Lənkəran"ın heyətində zədəli oyunçu yoxdur.
Görüş şənbə günü saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
Sentyabrın 29-da Premyer Liqanın VII turu çərçivəsində "Turan"la qarşılaşacaq "Xəzər Lənkəran"ın heyətində zədəli oyunçu yoxdur.
Görüş şənbə günü saat 16:00-da Tovuz şəhər stadionunda baş tutacaq.
0
0