Qvardiola “İnter”ə gedir, yoxsa “Milan”a?
27.09.2012 - 16:44
Qvardiola “İnter”ə gedir, yoxsa “Milan”a?
Pep Qvardiola İtaliyada çalışacaq. Apasport.az saytının məlumatına görə, bu barədə Qvardiolanın “Breşia”da çıxış edərkən baş məşqçisi olan Karlo Matsone deyib.

Amma italiyalı çalışdırıcı onun hansı kluba rəhbərlik edəcəyini deməyib: “Pep mənə zəng edib dedi ki, tezliklə İtaliyaya gələcək. Ondan bura məşqçi kimi işləməyəni, yoxsa turist kimi gəldiyini soruşdum. Qvardiola cavabında bildirdi ki, hər ikisinə görə. Düzdü, hansı klubu çalışdıracağını demədi. Amma mənə elə gəlir ki, bu, “İnter” və ya “Milan” olacaq”.

Qeyd edək ki, Qvardiola indiyədək yalnız “Barselona”nı çalışdırıb. O, Kataloniya klubu ilə 5 ilə 14 titul qazanıb.