“Rubin” problemlə üzləşdi
27.09.2012 - 17:15
“Rubin” problemlə üzləşdi
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Rubin”in qapıçısı Gedryus Arlauskis problemlə üzləşib. Apasport.az saytının məlumatına görə, qapıçının gözünə infeksiya düşüb.

O, hazırda məşqlərə qatılmır və nə zaman sıraya dönəcəyi bilinmir. Bundan əlavə, Kazan klubunun argentinalı futbolçusu Kristian Ansaldinin də zədəsi sağalmaq bilmir. Futbolçunun əzələlilərində ağrılar var.

Qeyd edək ki, “Rubin” – “Neftçi” matçı oktyabrın 25-də baş tutacaq.