“Əsas məqsəd final mərhələsinə vəsiqə qazanmaqdır”
27.09.2012 - 17:45
“Əsas məqsəd Braziliyada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki rəqibi olan Portuqaliya millisinin baş məşqçisi Paulu Bentu deyib.
O, ilk iki oyundan 6 xal qazanmaqlarını yaxşı hal kimi qiymətləndirib: “Azərbaycan və Lüksemburqla matçlarımız çətin alınsa da, biz yaxşı oyun göstərib əsas məqsəd olan 6 xalı qazandıq. İndi bizi qrupdakı əsas rəqibimiz Rusiya yığması ilə səfərdə qarşılaşma gözləyir. Bu qarşılaşmada da sərfəli nəticə qazanacağımıza ümid edirik. Öncə final mərhələsinə vəsiqə qazanaq, sonra Braziliyadakı məqsədlər barəsində danışarıq”.
Qeyd edək ki, Portuqaliya – Azərbaycan qarşılaşması 3:0 hesabı ilə başa çatmışdı.

0
0