“Fənərbaxça” rəsmisi: Biz də Azərbaycana gəlmək istəyirik
28.09.2012 - 09:05
“Hər şeydən öncə qardaş ölkə təmsilçisini burada görməkdən çox məmnunuq. Fürsət düşən kimi biz də Azərbaycana gəlmək istəyirik”. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Fənərbaxça” klubunun futbol akademiyasının direktoru Şenol Çorlu deyib.
O, “Qəbələ” və İstanbul təmsilçisinin 16 yaşadək futbolçuları arasında Türkiyədə baş tutan oyunu (1:1) haqda fikirlərini açıqlayıb: “Bu gün gözəl oyun və gərgin mübarizənin şahidi olduq. “Qəbələ”nin heyətində çox istedadlı futbolçular var. İnfrastrukturun inkişafı istiqamətində Qəbələdə görülən işlərdən xəbərdarıq. Ötən mövsümün sonunda keçirdiyiniz beynəlxalq turnir haqqında xoş sözlər eşitmişik. Əminliklə deyə bilərəm ki, doğru yoldasınız”.
Mənbə: gabalafc.az

0
0