“İnter”in kapitanı: Hələ qərarımı verməmişəm
28.09.2012 - 09:20
“Hələ ki, gələcəyim barəsində düşünmürəm”, Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan İtaliya təmsilçisi “İnter”in kapitanı Xavyer Zanetti deyib.
Milan klubunun canlı əfsanəsi, karyerasını bitirəcəyi barəsində xəbərləri təkzib edib: “Karyeramı bitirmirəm. Ən azı mövsümün sonuna kimi top qovacağam. Ümid edirəm ki, “İnter”lə bu mövsüm iştirak etdiyimiz turnirlərdən ən pis halda birində qalib olacam. Bu baş verəndən sonra ailə üzvlərim və klubla məsləhətləşib son qərarımı verəcəyəm. Mən hiss edirəm ki, hələdə yaxşı formadayam və öz komandama xeyir verirəm”.
Qeyd edək ki, 39 yaşlı Zanetti 1995-ci ildən şərəfini qoruduğu “İnter”in heyətində 806 oyun keçirib. O, 1999-cu ildən bu klubun kapitanıdır

0
0