Azərbaycan millisinin son oyunu: 1/4 finala kimlər çıxacaq?
28.09.2012 - 11:07
Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatında sabah III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, turun ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.
A və B qruplarında mübarizəyə yekun vurulacaq gündə eyni “dörd”lükdə yer alan komandalar paralel mübarizə aparacaq. Çünki 1/4 finala ilk vəsiqələrin sahibi məhz bu görüşlərdə bilinəcək. Hər qrupda yalnız 1 komanda şansını itirdiyindən 3 yığma 2 vəsiqənin sahibini müəyyənləşdirəcək.
Əvvəl B qrupu komandaları meydana çıxacaq. Burada ən asan vəzifə KXDR yığmasınındır. Asiyalılar uduzmayacağı halda, adını 1/4 finala yazdıracaq. Onların rəqibi olan ABŞ millisi isə qələbə qazanmalıdır.
Düzdür, amerikalıları heç-heçə də qane edə bilər. Lakin bunun üçün onlar 1 qol vursa, Fransa millisi aşkar autsayder Qambiyaya qarşı oyunda 6-dan az top fərqi ilə qalib gəlməli, ya da şimallılar ən azı 2 qol vurmaqla heç-heçə etməlidirlər.
Fransalıların taleyi öz əlində deyil. Digər matçda 2:2 və ya daha məhsuldar heç-heçə olarsa, onlar kənarda qalacaq. Qolsuz heç-heçə və ya tərəflərdən birinin qələbəsini arzulayan avropalılar özləri də afrikalılara mümkün qədər çox qol vurmalıdır.
Qambiya kimi qrupda qalan Azərbaycan milli komandasının yer aldığı A qrupunda digər uğursuz da müəyyənləşəcək. Son oyununa çıxacaq yığmamızla görüşən Kanadanın işi daha asandır. Autsayderlə görüşən şimallılar hətta heç-heçə etməklə, 1/4 finala yüksələcək. Nigeriyanın Kolumbiyanı udacağı halda, kanadalılar məğlubiyyətlə də mərhələ adlayacaq. Afrikalılarla Cənubi Amerika təmsilçisinin görüşündə isə birinciləri heç-heçə də (Azərbaycanın qələbəsi halında məğlubiyyət də) qane edir. Kolumbiya yığması isə mütləq qələbə qazanmalıdır.
Qeyd edək ki, qrup mərhələsinə sentyabrın 30-da yekun vurulacaq.
29 sentyabr
17 yaşadək qızlar arasında dünya çempionatı
III tur
B qrupu
17:00. Qambiya – Fransa
Baş hakim: Fino Vuvu (Fici)
Bakı. “Dalğa Arena” stadionu
17:00. ABŞ – KXDR
Baş hakim: Katalin Kulçar (Macarıstan)
Bakı. “Bayıl Arena” stadionu
A qrupu
20:00. KANADA – AZƏRBAYCAN
Baş hakim: Klaudiya Umpyerres (Uruqvay)
Bakı. “Dalğa Arena” stadionu
20:00. Kolumbiya - Nigeriya
Baş hakim: Kardella Samuels (Yamayka)

1 | KXDR | 2 | 1 | 1 | 0 | 12-1 | 4 |
2 | ABŞ | 2 | 1 | 1 | 0 | 6-0 | 4 |
3 | Fransa | 2 | 0 | 2 | 0 | 1-1 | 2 |
4 | Qambiya | 2 | 0 | 0 | 2 | 0-17 | 0 |
A qrupu
20:00. KANADA – AZƏRBAYCAN
Baş hakim: Klaudiya Umpyerres (Uruqvay)
Bakı. “Dalğa Arena” stadionu
20:00. Kolumbiya - Nigeriya
Baş hakim: Kardella Samuels (Yamayka)
Bakı. “Bayıl Arena” stadionu
1 | Nigeriya | 2 | 1 | 1 | 0 | 12-1 | 4 |
2 | Kanada | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
3 | Kolumbiya | 2 | 1 | 0 | 1 | 4-1 | 3 |
4 | AZƏRBAYCAN | 2 | 0 | 0 | 2 | 0-15 | 0 |
0
0