UEFA “Neftçi”dən yazdı: “İnter”ə Bakıda asan olmayacaq
28.09.2012 - 11:15
UEFA-nı rəsmi saytında Avropa Liqasının II turuna dair geniş məqalə yer alıb. Apasport.az-ın məlumatına görə, yazıda turnirdə keçiriləcək bütün qarşılaşmalara toxunulub.
Məqalədə avrokuboklardakı təmsilçimiz “Neftçi”nin çıxışına da toxunublar.
Belə ki, Azərbaycan çempionu güclü komanda kimi qiymətləndirilib və “İnter”ə Bakıda çox çətin olacağı qeyd olunub: “Bakıdakı qarşılaşma Milan klubu üçün asan gəzinti olmayacaq. Azərbaycan çempionu ilk turda “Partizan”la səfər matçında göstərdiyi oyunla və qolsuz bərabərliyə qalması ilə öz səviyyəsini ortaya qoydu”.
Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu oktyabrın 4-də 22:00-da “Tofiq Bəhramov” adına Respublika stadionunda baş tutacaq.

0
0