“Neftçi” – “İnter” matçının biletlərinin qiymətləri açıqlandı
28.09.2012 - 13:09
“Neftçi”nin Avropa Liqasının qrup mərhələsində keçirəcəyi ilk ev oyununa biletləri satışa çıxarılır. Bu barədə apasport.az saytına komandanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Gündüz Abbaszadə verib.
O bildirib ki, oktyabrın 4-də İtaliyanın “İnter” klubu ilə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün biletlərini artıq bu gün axşam saatlarında əldə etmək olar: “Biletlər Respublika stadionunun kassalarında və “Park Bulvar Alış Veriş Mərkəzi”ndən satılır. Biletlərin qiyməti 2-50 manat aralığındadır”.
Qeyd edək ki, mərkəzi arenada əsaslı təmir və yenidənqurma işlərindən sonra tamaşaçı sayı 29870 nəfərdən 31800-ə kimi artırılıb.

0
0