İtaliyalı azarkeşlər “Neftçi”dən qələbə gözləyir
28.09.2012 - 13:12
İtaliyalı azarkeşlər “Neftçi”dən qələbə gözləyir
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Neftçi” – “İnter” oyunu ərəfəsində İtaliya mətbuatı azarkeşlər arasında sorğu keçirir. Apasport.az saytının məlumatına görə, Bakıdakı matçın hansı nəticə ilə başa çatacağına səs verən apeninlilər Azərbaycan çempionuna daha çox inanır.

Belə ki, respondentlərin 20,83 faizi məhz “Neftçi”nin 2:0 hesabı ilə qalib gələcəyini düşünür. 2-ci yerdə isə bakılıların 0:3 hesabı ilə darmadağın olacağına inananlardır – 16,67 faiz. “İnter”in 2 cavabsız qol vuracağını proqnozlaşdıranlar isə 3-cüdür – 11,11 faiz.