Foqts miliyə Moldovadan futbolçu çağırır
28.09.2012 - 13:47
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts 2014-cü il dünya çempionatının seçmə mərhələsində Rusiya ilə qarşıdakı rəsmi oyuna yeni futbolçu çağıracaq. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis oktyabrın 16-da Moskvada keçiriləcək matça Moldova çempionatında çıxış edən Elhad Nəziriyə dəvət göndərib. Onun çıxış etdiyi yüksək liqa təmsilçisi “Milsami” bu haqda rəsmi məlumat verib.
1992-ci ilin dekabrın 29-da Azərbaycanda anadan olan Elhad mərkəz müdafiəçisidir. O, vaxtilə “Neftçi” və “Qarabağ”da oynayıb, cari mövsümdən Orxeyev təmsilçisinin şərəfini qoruyur. Futbolçumuz bu komandanın heyətində 2 oyunda meydana çıxıb.

0
0