Xarici jurnalistlər AFFA-ya baş çəkdilər
28.09.2012 - 16:45
Xarici jurnalistlər AFFA-ya baş çəkdilər
Azərbaycanda işgüzar səfərdə olan əcnəbi idman jurnalistləri bu gün AFFA-nın inzibati binasında olublar. Apasport.az saytının məlumatına görə, Bakıda Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası tərəfindən təşkil olunan Gənc Reportyorlar Proqramı çərçivəsində ölkəmizə gələn mətbuat nümayəndələri əvvəlcə AFFA-nın Futbol muzeyi ilə tanış olaraq, burada xatirə kitabına ürək sözlərini yazıb.

Onlar daha sonra assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin fəaliyyəti, affa.az, affavideo.az və affatv.az saytlarının, "Futbol dünyası" qəzetinin iş prinsipi ilə maraqlanıblar. AFFA-nın inzibati binasının qarşısında xatirə çəkdirən mətbuat nümayəndələri çalışdıqları televiziya kanalları üçün reportaj hazırlayıblar.

Mənbə: affa.az