Raabın 10-cu qələbəsi
01.10.2012 - 10:28
Raabın 10-cu qələbəsi
Topaz Premyer Liqasının VII turunda keçirilən “Sumqayıt” – “Bakı” oyunu hər 2 komandanın baş məşqçisi üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin çalışdırıcısı Bernhard Raab “Sumqayıt”ın “sükanı arxasında” yubiley – 10-cu qələbəsini qazanıb.

Almaniyalının 1:0 hesablı qələbəyə sevindiyi matç onun bu postda 41-ci oyunu idi. 7 heç-heçə və 24 məğlubiyyəti də olan Raabın yetirmələri 38-ci qolunu vurdusa, 70 dəfə topu öz qapısında görüb.

“Bakı”nın serbiyalı baş məşqçisi Bojidar Bandoviç isə ölkəmizdə ilk məğlubiyyətini aldı. Bu, onun 5-ci matçında gerçəkləşdi. Bandoviçin hesabında 1 qələbə və 3 heç-heçə də var. Bu oyunlardakı top fərqi 5:4-dür.