Əvvəl Stramaççoni, sonra Hacıyev
01.10.2012 - 15:10
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək “Neftçi” – “İnter” matçından öncə təşkil ediləcək mətbuat konfranslarının vaxtı dəqiqləşib. Apasport.az saytının xəbərinə görə, öncə media qarşısına qonaq komandanın baş məşqçisi Andrea Stramaççoni çıxacaq.
Oktyabrın 3-də Bakıya gələcək İtaliya təmsilçisinin saat 19:30 üçün açıq məşqi planlaşdırılıb. Ancaq açıq məşqdən öncə mətbuat konfransı keçiriləcək. Andrea Stramaççoni mətbuat nümayəndələri ilə saat 19:15-də görüşəcək.
Təxminən 45 dəqiqəlik məşqin ardından meydan futbolçularımızın sərəncamına veriləcək. Yenə əvvəlcə mətbuat konfransı keçiriləcək. Böyükağa Hacıyev jurnalistlərin suallarını 20:15-də cavablandıracaq. Cəmi 15 dəqiqə sonra isə açıq məşqə start veriləcək.

0
0