“Mənim üçün yaxşı insan olmaq hər şeydən vacibdir”
01.10.2012 - 15:25
“Mənim üçün yaxşı insan olmaq hər şeydən vacibdir”
“Mənim üçün komanda şəklində qazanacağım titullar şəxsi mükafatlardan daha üstündür”. Apasport.az saytının məlumatına görə, bu sözləri dünyanın ən yaxşı futbolçusu, “Barselona”nın lideri Lionel Messi deyib.

Argentinalı bildirib ki, yaxşı insan olmağı ən yaxşı futbolçu olmaqdan üstün tutur: “İstəyirəm ki, karyeramı bitirəndə insanların xatirələrində müsbət izlər buraxım. Qol vurmağı çox sevirəm, amma komanda yoldaşlarımla dostluq etməyi daha önəmli hesab edirəm”.

Qeyd edək ki, Messi 3 dəfə (2009, 2010 və 2011-ci ildə) dünyanın ən yaxşı futbolçusu seçilib. O, bu il də Andres İnyesta və Kristianu Ronaldo ilə birlikdə bu mükafatı qazanmağa ən real namizədlərdəndir.