Berti Foqtsun yenilikləri
01.10.2012 - 15:51
Berti Foqtsun yenilikləri
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts bu gün açıqladığı heyətdə müəyyən dəyişiklikləri zəruri sayıb. Apasport.az saytının məlumatına görə, Rusiya ilə oktyabrın 16-da baş tutacaq oyunun hazırlıqlarına 28 futbolçu çağıran mütəxəssis bəzi yeniliklərə əl atıb.

Konkret olaraq, sentyabrdakı son oyunlarla müqayisədə heyətdə 4 yeni ad var. Bunlardan ikisi – Murad Ağayevlə Səlahət Ağayev müəyyən fasilədən sonra Foqtsun siyahısına düşüb.

Milliləşən nigeriyalı Usim Nduka isə 14 aydan sonra milliyə dəvət alıb. Sonuncu dəfə 2011-ci ilin avqustunda yığmaya çağırılsa da, zədə üzündən hazırlıqlara qatılmamışdı. 4-cü yeni ad Elhad Nəziri isə ümumiyyətlə debütantdır.

Foqtsun imtina etdiyi oyunçuların sayı isə 3-dür. Ufuk Budak zədəli olduğundan yığmaya lazım olmayıb. Rizvan Umarov və Andrey Popoviç isə almaniyalının siyahısından kənar qalıblar.