Massimo Moratti də “Neftçi” ilə oyundan danışdı
01.10.2012 - 16:00
“Fiorentina” ilə qarşılaşmada ən yaxşı oyunumuz keçirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “İnter” klubunun prezidenti Massimo Moratti deyib.
O bildirib ki, bakılılarla matçın Milan derbisindən sonra baş tutmasını istəyirmiş: “Düzdü, 1-ci hissədə daha yaxşı oynadıq. Amma 2-ci yarıda sərgilədiyimiz oyun qorxaqlıqdan irəli gəlmirdi. Sadəcə, uşaqlar bir az ehtiyat edirdilər. Mütləq qalib gəlməli idik. İndi bizi uzaq Bakı səfəri gözləyir. Çox istərdim ki, “Neftçi” ilə oyun Milan derbisindən sonra keçirilsin. Amma nə etmək olar, biz Azərbaycan getməyə məcburuq”.
Qeyd edək ki, “Neftçi” – “İnter” matçı oktyabrın 4-də 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

0
0