İqor Denisov millimizlə oyunu buraxa bilər
01.10.2012 - 16:28
Rusiya yığmasının kapitanı İqor Denisov oktyabrın 16-da Azərbaycanla “Lijniki”də keçiriləcək matçı buraxa bilər. Apasport.az saytının məlumatına görə, buna səbəb “Zenit”in yarımmüdafiəçisinin zədələnməyidi.
“Zenit”in 2-ci komandasının heyətində “Lokomotiv-2” ilə qarşılaşmada futbolçunun ombasının əzələləri zədələnib. O, bu gün təkrar tibbi yoxlanışdan keçməlidir. Yalnız bundan sonra onun nə zaman sıraya dönəcəyi məlum olacaq.
Qeyd edək ki, bir müddət öncə Denisov “Zenit”lə problemlər yaşadığı üzündən ikinci komandaya göndərilib.

0
0