Stramaççoni “İnter”ə istirahət vermədi
01.10.2012 - 16:39
Stramaççoni “İnter”ə istirahət vermədi
Avropa Liqasının qrup mərhələsində Azərbaycan çempionu “Neftçi” ilə qarşılaşacaq İtaliyanın “İnter” klubu Bakıdakı oyunun hazırlıqlarına start verib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisi avrokubok oyununa hazırlığa bu gün keçirdiyi məşqlə start verib.

İtaliyalılar klubun şəhər kənarındakı bazasında hazırlıq keçiblər. Bu isə o deməkdir ki, baş məşqçi Andrea Stramaççoni yetirmələrinə istirahət verməyib. Sentyabrın 30-da A seriyasında “Fiorentina” ilə görüşən “İnter” matçın ertəsi gün məşqə çıxıb.

Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu oktyabrın 4-də baş tutacaq.