Premyer Liqada hakimi boğdular - VİDEO
01.10.2012 - 16:48
Ukrayna Premyer Liqasının hesabat turu qalmaqalla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Çernomorets” və “Metallist” klubları arasında oyunun sonluğu əsəb gərginliyində keçib.
Qarşılaşmanın son dəqiqələrində sarı və qırmızı vərəqələri sağa-sola paylayan hakim olsa da, oyunun qəhrəmanı azarkeşlərdən biri olub.
Belə ki, matçın uzatma dəqiqələrində meydana daxil olan fanat yan xətt hakiminin boğazından yapışaraq, onu boğmağa cəhd edib. Laynsman Aleksandr Korniyko 5-6 saniyə azarkeşin əlində qalıb. Lakin özünü yetirən polis fanatı tutaraq, meydandan kənarlaşdırıb.

0
0