Yeni “Santyaqo Bernabeu” – FOTO
01.10.2012 - 16:52
Yeni “Santyaqo Bernabeu” – FOTO
Madrid “Real”ının ev oyunlarını keçirdiyi “Santyaqo Bernabeu” stadionu yeniləcək. Apasport.az saytının məlumatına görə, klubun prezidenti Florentino Peres bununla bağlı 4 layihənin olduğunu bildirib.

O bildirib ki, hər gün bunun üzərində daha çox çalışırlar: “İndi hədəfimiz “Santyaqo Bernabeu”nu və bazanı yeniləməkdir. Bizə gələn 4 təklifi incələyirik. Bunlar çox fərqli, yaradıcı layihələrdir. Əgər mümkün olarsa, stadionun tutumunu da artırmaq istəyirik. Yeni stadionumuzun Madridin və dünyanın ən rəmzi məkanlarından biri olmağını istəyirik”.

Peres stadiondakı işlərə qısa müddətdə başlamaq istədiklərini bildirib: “Hamısı bir-birindən gözəl layihələrdir. Ancaq gözəl olduqları qədər də qarışıqdır. Bu üzdən baxılmağı zaman ala bilər. Önümüzdəki 3 mövsüm boyunca üzvlərimizə və azarkeşlərimizə ən az rahatsızlıq verərək, bu işi bitirmək istəyirik”.