Rail Məlikov oynadı, komandası qələbə qazandı
01.10.2012 - 23:30
Həmyerlimiz Rail Məlikovun şərəfini qoruduğu Türkiyənin “Dənizlispor” klubu I liqada növbəti görüşünü keçirib. Apasport.az saytının xəbərinə görə, V tur çərçivəsində “Göztəpə” komandasını qəbul edən Dənizli təmsilçisi meydandan 3 xalla ayrılıb. Oyunda vurulan yeganə qola 85-ci dəqiqədə İsmayıl Odabaşı imza atıb. Start heyətində meydana çıxan Məlikov isə qarşılaşmanı əvəzlənmədən keçirib.
Bu qələbədən sonra “Dənzilispor” 5 oyundan topladığı 9 xalla beşinci yerdədir.
Bu qələbədən sonra “Dənzilispor” 5 oyundan topladığı 9 xalla beşinci yerdədir.
0
0