Aleks: “Fənərbaxça” ilə müqaviləmi pozdum
02.10.2012 - 08:18
Aleks: “Fənərbaxça” ilə müqaviləmi pozdum
Braziliyalı futbolçu Aleks kapitanı olduğu “Fənərbaxça”dan gedişinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, 35 yaşlı yarımmüdafiəçi bir daha İstanbul klubunda oynamayacağını bildirib.

O, Twitter sosial şəbəkəsindəki səhifəsində baş məşqçisi Aykut Kocamanla probleminin olduğunu yazıb: “Mən “Fənərbaxça” ilə müqaviləmi pozdum. Buna səbəb baş məşqçi ilə münaqişəm oldu. Buna görə klubdan gedirəm. Bu, çox üzücüdür. Hər şeyə çox sağ olun! Hərçənd “Fənərbaxça” oyunçunu itirdi, əvəzində onun bir azarkeşi çox oldu”.

Qeyd edək ki, Aleks 2004-cü ildən oynadığı “Fənərbaxça”da 242 oyunda 137 oyun qol vurub.