“Malaqa”dan Bakıya gələcək futbolçuya 14 milyon avroluq təklif
02.10.2012 - 08:27
“Malaqa”dan Bakıya gələcək futbolçuya 14 milyon avroluq təklif
“Neftçi”nin Avroliqanın qrup mərhələsində növbəti rəqibi olan İtaliyanın “İnter” klubunun futbolçusu Rikardo Alvares cəlbedici təklif alıb. Apasport.az saytının məlumatına görə, sabah Milan təmsilçisinin heyətində Bakıya gələcək 24 yaşlı argentinalı yarımmüdafiəçi ilə İspaniyanın “Malaqa” klubu ilə ciddi maraqlanır.

Belə ki, Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı qış transfer dövründə futbolçunu 14 milyon avro qarşılığında almaqla bağlı təklif göndərib. “Malaqa” Rikardonun keçidini həmin vaxt reallaşdırmağı planlaşdırır.

Qeyd edək ki, Rikardo ötən il gəldiyi “İnter”də 24 oyunda 2 qol vurub. Onun İtaliyaya gəldiyi vaxtdan daim dizində problemi olduğundan, cari mövsümdə daha çox ehtiyatda qalır.