Azərbaycan üçün yeni rəqib
02.10.2012 - 09:04
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən UEFA-nın İcraiyyə Komitəsi daha 1 federasiyanın assosiasiyaya üzv qəbul olunmasına qərar verib. Apasport.az saytının məlumatına görə, qurumun 54-cü üzvü Cəbəllütariq olub.
2007-ci ildə Böyük Britaniya koloniyasının xahişini rədd edən UEFA bu dəfə cırtdan ölkəyə “hə deyib. Həmin vaxt 53-cü üzv kimi Çernoqoriya quruma daxil olmuşdu.
30 min əhalisi olan və 6,8 kvadrat km əraziyə malik Cəbəllütariqin UEFA-ya üzvlüyü gələn ilin mayında Londonda baş tutacaq konqresdə rəsmiləşəcək. Artıq AVRO-2016-nın seçmə mərhələsində bu ölkə də iştirak edəcək. Milli federasiyası 1905-ci ildə yaranan Cəbəllütariqin klubları da avrokuboklara qatılacaq. Bu isə o deməkdir ki, çırtdan ölkə komandaları həm yığma, həm klub səviyyəsində Azərbaycan təmsilçilərinin potensial rəqibləri olacaq.

0
0