Dünya çempionu “Neftçi”yə qarşı
02.10.2012 - 09:33
Dünya çempionu “Neftçi”yə qarşı
Avropa Liqasının qrup mərhələsinin “Neftçi” ilə Bakıda keçiriləcək oyununa hazırlaşan İtaliyanın “İnter” klubunun məşqinə tanınmış qonaq təşrif buyurub. Apasport.az saytının məlumatına görə, “neradzurra”nın hazırlığına klubun əfsanələrindən olan Marko Materatsi baş çəkib. 2001-11-ci illərdə Milan təmsilçisində çıxış edən sabiq müdafiəçi komandasına “Neftçi” ilə oyunda uğurlar arzulayıb.

Qeyd edək ki, 39 yaşlı Materatsi dünya çempionu olduğu DÇ-2006-nın final oyununda Fransa yığmasının kapitanı Zinəddin Zidanın baş zərbəsi ilə yerə sərilməsi ilə də məşhurlaşıb. Markonun “yediyi kəllə” bütün dünyada əks-səda doğurdu, hətta onunla bağlı kitab yazılıb, abidə qoyulub.