UEFA Azərbaycan məşqçilərinə “yaşıl işıq” yandırdı
02.10.2012 - 10:04
UEFA-nın İcraiyyə Komitəsinin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən iclasında bir sıra qərarlar qəbul edilib. Apasport.az saytının məlumatına görə, toplantıda Azərbaycanla bağlı mühüm qərar çıxarılıb.
Belə ki, ölkəmiz UEFA-nın Məşqçilik Konvensiyasına qəbul olunub. Azərbaycanla yanaşı, Belarus, Avstriya və Fransa da bura qoşulub.
İlk 2 ölkə Pro kateqoriyasına, digərləri Yeniyetmə A kateqoriyasına qəbul edilib. Bu konvensiyanın əsas vəzifəsi məşqçi peşəsinin müdafiəsi, səviyyəli mütəxəssislərin Avropa qanunvericiliyinə uyğun şəkildə bütün qitədə sərbəst hərəkətini təmin etməkdir.

0
0