Ruslan Abışovun səsi FİFA-dan gəldi
02.10.2012 - 10:19
“Belə mühüm turnir təşkil edən ölkəmlə fəxr edirəm. Çünki dünya çempionatı bizim futbol üçün çox vacibdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun futbolçusu Ruslan Abışov deyib.
25 yaşlı müdafiəçi FİFA-nın rəsmi saytına müsahibəsində Azərbaycanda keçirilən 17 yaşadək qızlar arasında dünya çempionatı haqda fikirlərini açıqlayıb: “Mən və komanda yoldaşlarım çempionatın bəzi oyunlarına baxdıq. Bütün insanların Azərbaycandakı çempionatı görməsi bizi xoşbəxt edir. Futbolumuzun yaşı çox deyil. Ümid edirəm ki, bu yarış futbolumuzu dünyada tanıtdıracaq”.
Abışov gələcəkdə əsas yığmaların dünya və qitə çempionatının da Azərbaycanda keçirilməsindən də danışıb: “Niyə də olmasın? Hər şey mümkündür. Amma əvvəl stadionlar tikməliyik. İndi belə böyük yarış üçün şərait yoxdur. Amma gələcəkdə buna nail olsaq, ölkəmiz üçün böyük hadisə olacaq”.
Ruslan üzvü olduğu əsas milli komandamızın DÇ-2014-ün seçmə mərhələsindəki çıxışına da toxunub: “İsraillə oyun məndə xoş hisslər yaşatdı. Həmin oyuna yaxşı hazırlaşmışdıq, buna uyğun da oynadıq. Lakin 1 xal qazandıq ki, bundan artığına layiq idik. Həmin heç-heçədən sonra Portuqaliya ilə qarşılaşmada da yaxşı nəticə qazanacağımızı düşünürdük. Amma onlar çox yüksək səviyyəli futbol oynayırlar”.
Müdafiəçi Rusiya ilə oktyabrın 16-dakı matçdan da bəhs edib: “Etiraf edim ki, İsraillə oyunda fiziki hazırlığımız mükəmməl deyildi. Bunu Portuqaliya ilə qarşılaşmada da hiss etdik. Onda da uduzmağa başladıq. Rusiya isə Portuqaliya səviyyəsində deyil və biz yaxşı nəticəyə ümidliyik”.
Bu yay ölkə çempionu “Neftçi”ni prinsipial rəqibi “Xəzər Lənkəran”a dəyişən Ruslan bu məsələyə də aydınlıq gətirib: “Mən “Xəzər Lənkəran”ı ona görə seçdim ki, onların titul qazana biləcəyini hesab edirəm. İndi görürəm ki, bu komandada hər şey yüksək səviyyədədir. Mövsümə yaxşı başlamamışıq. Lakin hələ vaxt var. Biz hər şeyi xeyrimizə dəyişə bilərik”.

0
0