“Azarkeşlərin dəstəyinə heç zaman olmadığı kimi ehtiyacımız var”
02.10.2012 - 10:43
“Azarkeşlərin dəstəyinə heç zaman olmadığı kimi ehtiyacımız var”
“Mançester Yunayted”lə görüşdə sərgilədiyimiz oyuna hər kəs yüksək qiymət verdi. Yaxşı oynadıq və bütün “Qalatasaray” camiəsi bizimlə fəxr etdi. Amma sonda 3 xal itirdik”. Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının qrup mərhələsinin II turunda bu gün “Braqa”nı qəbul edəcək “Qalatasaray”ın baş məşqçisi Fatih Terim deyib.

“İmperator” “Braqa”nın güclü rəqib olduğunu bildirib: “Düzdü, “Braqa” ilk turda evdə ÇFR-ə məğlub oldu. Amma bir çoxlarının dediyinə görə, nəticə meydanda gedən mübarizəni əks etdirmirdi. Portuqaliya təmsilçisi çox ciddi rəqibdir. Daxili çempionatın son turunda səfərdə “Gimaraynş”ı 2:0 hesabı ilə məğlub ediblər. Bizi çətin sınaq gözləyir və azarkeşlərin dəstəyinə heç zaman olmadığı kimi ehtiyacımız var”.