Rahid Əmirquliyev 200-ə çatdı
02.10.2012 - 11:00
Rahid Əmirquliyev 200-ə çatdı
Topaz Premyer Liqasının VIII turu “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Lənkəran klubunun 8 illik tarixi ərzində ən çox oyun keçirən futbolçu bu matçda yubileyini qeyd edə bilər.

Belə ki, AZAL-la səfər oyunu Rahidin “Xəzər Lənkəran”ın heyətində 200-cü matçı olacaq. 2006-cı ilin yayında komandaya transfer olunan yarımmüdafiəçi indiyədək müxtəlif yarışlarda 199 dəfə “ağ-yaşıl” forma geyib.

Komandası ilə birlikdə “Birlik kuboku”nun (2008), Azərbaycan çempionatının (2007/08) və 3 dəfə Azərbaycan kubokunun (2007/08, 2008/09, 2010/11) qalibi olan Əmirquliyev keçirdiyi 199 matçda 23 qol vurub. 2010/2011, 2011/2012 mövsümlərində isə Rahid Premyer Liqanın gümüş mükafatını əldə edib.

Mənbə: lankaranfc.com