Zidan və Ronaldo meydana qayıdır
02.10.2012 - 11:07
Zidan və Ronaldo meydana qayıdır
Dünya futbolunun canlı əfsanələri olan fransız Zinəddin Zidanla braziliyalı Ronaldo yenidən üz-üzə gələcək. Apasport.az saytının məlumatına görə, veteran futbolçuların dostlarından qurulmuş komandalar Braziliyanın Portu-Aleqri şəhərində görüşəcək. Bu oyun kasıbçılığa qarşı xeyriyyə aksiyası çərçivəsində baş tutacaq.

“Yekədiş” ləqəbli Ronaldo oyundan qabaq təşkil olunmuş mətbuat konfransında deyib ki, kasıbçılıqla mübarizə oyun deyil: “Bu, böyük bir problemdir. Mən şadam ki, hələ də onunla mübarizə apara bilirəm”.

Zidan isə Ronaldoya qarşı oynayacağına görə sevindiyini bildirib: “Sevinirəm ki, yenidən köhnə dostum Ronaldoya qarşı çıxış edəcəyəm. Ən əsası da onun vətənində”.

Xeyriyyə matçını məşhur italiyalı keçmiş hakim Pyerluici Kollina idarə edəcək.

Qeyd edək ki, Ronaldo və Zidanın dostları arasında oyun artıq 10 ildir keçirilir.