Millimizin məşqçisi 5 min manat cərimə ödəyəcək
02.10.2012 - 11:57
Millimizin məşqçisi 5 min manat cərimə ödəyəcək
AFFA Azərbaycan milli komandasının məşqçisi Etibar Tarıverdiyevi ağır cəzalandırıb. Apasport.az saytının məlumatına görə, bununla əlaqədar qərar qurumun Nizam-İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub.

Belə ki, “Sumqayıt”da da qapıçılarla işləyən məşqçisi olan Tarıverdiyev Topaz Premyer Liqasının VII turunda “Bakı” ilə ev matçında hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzaya, 5000 manatlıq cəriməyə məruz qalıb. O, bu hərəkətinə görə baş hakim Elvin Əsgərov tərəfindən “texniki zona”dan kənarlaşdırılmışdı.

“Simurq” – “Qarabağ” matçının 66-cı dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün meydan sahibi 2000 manat cərimələnib. AZAL isə “Qəbələ” matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimə ödəyəcək.

Mənbə: pfl.az