“Aleksi satan, bizi də satar”
02.10.2012 - 12:07
“Aleksi satan, bizi də satar”
Aleksin “Fənərbaxça”dan qovulması azarkeşlərin etirazına səbəb olub. Apasport.az saytının məlumatına görə, braziliyalı futbolçunu dəstəkləmək üçün onun evinin qarşısına toplaşan yüzlərlə azarkeş “Səni sevirik, Aleks”, “Aleksi satan, bizi də satar” “Sənə bunu edənlər hesab verəcək” kimi bir neçə şüar səsləndiriblər.

Klub prezidenti Əziz Yıldırımla baş məşqçi Aykut Kocamanı istefanı tələb edən fanatlar Yıldırımın şəkilini də yandırıblar. Aleksi dəstəkləməyə gələn tərəfdarların arasında “Qalatasaray” və “Beşiktaş” azarkeşlərinin olması Türkiyədə futbolçuya olan hörmətin bariz nümunəsi kimi göstərilib.

Qeyd edək ki, Aleks 9 ildən çoxdur ki, “Fənərbaxça”nın şərəfini qoruyurdu və onun rəmzi hesab olunurdu. Hətta bir müddət öncə fanatlar ona heykəl də ucaldıblar.