Tuyqun Nadirov: Əcnəbi məşqçilərə üstünlük verəcəyik
02.10.2012 - 12:21
Tuyqun Nadirov: Əcnəbi məşqçilərə üstünlük verəcəyik
“Xəzər Lənkəran”ın yeni məşqçiləri Topaz Premyer Liqasında AZAL-la sabahkı oyundan sonra müəyyənləşəcək. Bu haqda apasport.az saytına komandanın vitse-prezidenti Tuyqun Nadirov məlumat verib. O bildirib ki, istefaya göndərilən Zakir Mahmudov, Zaur Ramazanov və Alim Qurbanovun yerinə namizədləri müzakirə edirlər.

Nadirovun sözlərinə görə, bu məsələdə baş məşqçi Yunis Hüseynovun fikri əsas olacaq: “Namizədlər arasında seçim edərkən Yunis müəllimin rəyini nəzərə alacağıq. Bundan sonra qərarı açıqlayacağıq. Üstünlüyü əcnəbi mütəxəssislərə verəcəyik. Ancaq bu, o demək deyil ki, köməkçilər arasında yerli məşqçilər olmayacaq”.

Qeyd edək ki, hər 3 məşqçi ötən turda “Turan”a səfərdə 1:2 hesablı məğlubiyyətdən sonra vəzifələrindən azad olundu.