Mişel Platini: Milli federasiyaların fikirlərini toplayırıq
02.10.2012 - 12:42
Mişel Platini: Milli federasiyaların fikirlərini toplayırıq
UEFA prezidenti Mişel Platini Azərbaycan və Gürcüstanın birgə təşkil etməklə bağlı namizədliklərini verdikləri 2020-ci il Avropa çempionatının keçirilməyi haqda yeni ideyaya münasibət bildirib. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu həmin turnirin final mərhələsinin oyunlarını 12 şəhərdə keçirmək variantını nəzərdən keçirir.

UEFA-nın Rusiyanın Sankt-Peterburq şəhərində keçirdiyi İcraiyyə Komitəsinin iclasında ideya haqda fikirlərini açıqlayan Platini onun hələ dəstəklənmədiyini bildirib: “İdeya hamı tərəfindən və hər yerdə dəstəklənmədi. Onun üzə çıxmağı maliyyə düşüncələri ilə bağlıdır. Təşkilatçı ölkələr turniri keçirməklə bağlı böyük xərclər çəkir. İdeya əvvəlki tək havada qalıb. Biz milli federasiyaların fikirlərini toplayırıq”.