Dieqo Milito: “Neftçi”yə qalib gəlib, əsl gücümüzü göstərməliyik
02.10.2012 - 13:19
“Bu həftə bizim üçün çox ağır keçəcək”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsinin II turunda “Neftçi”nin qonağı olacaq İtalaiyanın “İnter” klubun futbolçusu Dieqo Milito Twitter sosial şəbəkəsindəki öz səhifəsində yazıb.
Təcrübəli argentinalı hücumçu onları 3 gün ərzində iki çətin oyun gözlədiyini qeyd edib: “Bizi qarşıda 2 çətin oyun gözləyir. Cümə axşamı Bakıda “Neftçi” ilə, bazar günü isə A seriyasında “Milan”la üzləşəcəyik. Bu oyunlarda qalib gələrək, “İnter”in əsl gücünü göstərməliyik”.
Qeyd edək ki, “Neftçi” – “İnter” matçı oktyabrın 4-də 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

0
0