“Xəzər Lənkəran” yenə uduzsa...
02.10.2012 - 13:42
Sabah Topaz Premyer Liqasında VIII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, AZAL və “Xəzər Lənkəran” arasında turun açılış oyununu mərkəzi matç saymaq olar.
Düzdür, lənkəranlılar heç kimin gözləmədiyi halda turnir cədvəlində sonuncu, AZAL isə 2-ci pillədə getsə də, hər halda, onların duelinin maraqlı keçəcəyini demək olar.
Sözsüz ki, “Xəzər Lənkəran”ın ardıcıl 3 məğlubiyyətdən sonra qələbəyə böyük ehtiyacı var. Ancaq buna hələlik uduzmayan AZAL-la qarşılaşmada nail olmaq heç də inandırıcı deyil. Lənkəranlılar ötən turda “Turan”a səfərdə məğlubiyyətdən sonra 3 məşqçisi – Zakir Mahmudov, Zaur Ramazanov və Alim Qurbanovu istefaya göndərib. Bundan sonra baş məşqçi Yunis Hüseynovun taleyi maraq doğurur. 47 yaşlı mütəxəssis üçün AZAL-la matçı son şans saymaq olar və növbəti uğursuzluqdan sonra postundan gedəcəyi reallaşsa, təəccüblənməyə dəyməz.
Turun qalan 4 oyunu oktyabrın 4-də keçiriləcək. Təqvimə görə elə alınıb ki, “Qarabağ” ardıcıl 5-ci səfər oyununa çıxmalıdır. Bu dəfə komanda Gəncədə qonaq olacaq və nəticədə orada Qurbanovların dueli baş tutacaq. Belə ki, “Kəpəz”lə “Qarabağ”ın gənc baş məşqçiləri – Mahmud Qurbanovla Qurban Qurbanov uzun illər millidə komanda yoldaşı olublar.
“Bakı” “Qəbələ”yə qalib gəlməklə, rəqibini turnir cədvəlində qabaqlaya biləcək. Hər 2 komanda uzun müddətdir qələbə qazana bilmədiklərindən, meydana bunun üçün çıxacaqlar. Çempionatımızın lideri “Simurq” son 2 turun əsas sensasiyasına imza atan “Sumqayıt”ı qəbul edəcək. Öz meydanında “Neftçi” ilə “Bakı”ya qalib gələn sumqayıtlılar bu dəfə səfərdə - Zaqataladakı çətin sınaqda nəyə qadir olduğunu göstərməlidir. “Bayıl Arena”da ardıcıl 2-ci oyununa çıxacaq “Rəvan” ötən turda istirahət edən “İnter”i qonaq edəcək. Bu, turun yeganə Bakı derbisi olacaq.
3 oktyabr
18:30. AZAL – “Xəzər Lənkəran”
Bakı. “AZAL Arena” stadionu
4 oktyabr
16:00. “Kəpəz” – “Qarabağ”
Gəncə. Şəhər stadionu
6:00. “Bakı” – “Qəbələ”
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu
18:00. “Simurq” – “Sumqayıt”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
19:00. “Rəvan” – “İnter”
Bakı. “Bayıl Arena” stadionu
Qeyd edək ki, turun “Neftçi” – “Turan” oyunu birincilərin Avroliqada matçı ilə əlaqədar oktyabrın 8-də keçiriləcək.

0
0