Yığmamız İspaniyaya 20 futbolçu ilə gedir
02.10.2012 - 14:04
Yığmamız İspaniyaya 20 futbolçu ilə gedir
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Bernard Lippert U-21-in İspaniyaya gedəcək heyətinə 20 futbolçu çağırıb.

Oktyabrın 5-dən 17-ə qədər Marbelya şəhərində təlim-məşq toplanışında Mirhüseyn Seyidov, Araz Abdullayev, Tərlan Quliyev, Kərim Diniyev (hamısı "Neftçi"), Rəhman Hacıyev, Şəhriyar Əliyev, Nurlan Novruzov (hamısı "Bakı"), Hacı Əhmədov, Tural İsgəndərov, Qara Qarayev (hamısı "Qarabağ"), Cavid Tağıyev, Ruslan Tağızadə (hər ikisi AZAL), Abdulla Abasiyev, Aleksandr Qross (hər ikisi "İnter"), Andrey Popoviç ("Turan"), Slavik Alxasov ("Sumqayıt"), Amit Quluzadə ("Rəvan"), Orxan Sadıqlı ("Xəzər Lənkəran"), Ürfan Abbasov ("Qəbələ") və Rizvan Umarov ("Elçe", İspaniya) iştirak edəcək.

Mənvə: affa.az