Elnur Allahverdiyev: İndi peşmanam
02.10.2012 - 15:09
“Həmin an hirsli idim. Fikirləşirdim ki, hakimə qarşı birdən nəsə edərəm, sonra məni futboldan ömürlük qovarlar. Özümü ələ almağa çalışdım. Ancaq gördüm ki, dözə bilmirəm...”.
Bu sözləri apasport.az saytına “Xəzər Lənkəran”ın futbolçusu Elnur Allahverdiyev deyib.
Cənub təmsilçisinin futbolçusu Topaz Premyer Liqasının VI turunda “Turan”la səfər matçının sonlarında baş hakimə tüpürdüyü üçün İntizam Komitəsi tərəfindən ağır cəzaya məruz qalıb. Belə ki, o, 6 oyunluq diskvalifikasiyaya məruz qalıb.
Allahverdiyev bildirib ki, Tovuzdakı qarşılaşmada baş hakim Rəhim Həsənov ona heç bir səbəb olmadan sarı vərəqə göstəribmiş: “Mənə yersiz sarı vərəqə göstərəndə, özümü saxlaya bilmədim. Ancaq indi bu hərəkətimə peşmanam. Cəzanın 6 oyunluq olmasını isə başa düşmürəm. Çox ağır cəzadı. Belə çıxır ki, çoxları mənim nəsə etməyini gözləyirlər. Niyə belə edirlər, başım çıxmır”.

0
0