Elnur Allahverdiyev yığmadan kənarlaşdırıldı
02.10.2012 - 15:18
Azərbaycan millisinin oktyabrın 5-dən 17-dək müddətdə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcək heyətdə dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, yığmanın almaniyalı baş məşqçisi Berti Foqts "Xəzər Lənkəran"ın üzvü Elnur Allahverdiyevə göndərilmiş dəvəti ləğv edib.
Yığma oyunçusundan imtinanın səbəbi, Topaz Premyer Liqasının VII turu çərçivəsində, sentyabrın 29-da, Tovuz şəhər stadionunda keçirilmiş "Turan" - "Xəzər Lənkəran" oyunu zamanı müdafiəçinin idmançıya yaraşmayan hərəkətə yol verməsi və qırmızı vərəqə ilə cəzalandırılmasıdır.
Bu üzdən Elnur İntizam Komitəsi tərəfindən 6 oyunluq kənarlaşdırılıb.

0
0