“Bütün fikrimiz yalnız Azərbaycan çempionu ilə bağlıdır” - MÜSAHİBƏ
02.10.2012 - 15:54
“Bütün fikrimiz yalnız Azərbaycan çempionu ilə bağlıdır” - MÜSAHİBƏ
Sloveniyanin “Litija” komandasının baş məşqçisi Tomislav Horvat klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, futzal üzrə UEFA kubokunun elit-raundu haqda fikirlərini açıqlayıb.

- UEFA kubokunun elit-raunduna təxminən 10 gün qalıb. Yarışa necə hazırlaşırsınız?
- Xüsusi bir şey yoxdur. Elə həmişəki kimi məşqlərimizi keçirik. Biz indi yalnız ilk rəqib “Araz” haqda düşünürük. Bu oyuna hazırlaşırıq, bütün fikrimiz yalnız Azərbaycan çempionu ilə bağlıdır. Bunun üçün 1 həftəmiz var. Bundan sonra digər rəqiblərlə matça hazırlaşacağıq.

- Komandada durum necədir?
- Zədəli oyunçularımızdan Qasperın qayıdışı çox yaşı oldu. O, avrokuboklarda bizə çox kömək edəcək. Mehiçin dönüşü də şad xəbər sayılmalıdır.

- “Barselona” kimi klubla qarşılaşmağınız futzala olan marağa nə dərəcədə təsir edəcək?
- Bizim onlarla oyunumuzda zalın tribunaları dolu olacaq. Sloveniya futzalı tarixində ilk dəfə oyuna bir neçə gün qalmış bilet tapmaq mümkünsüz olacaq. Bu, ölkəmiz üçün bir rekorddur.

- İspaniya “Barselona”sı, Azərbaycan “Araz”ı və Xorvatiya “Split”i ilə oyunlarda nəyə ümid edirsiniz?
- “Barselona” ilə keçirəcəyimiz son görüşədək 4 və ya 6 xal toplamaq iddiasındayıq. Məncə biz bunu bacararıq.

- İlk turda qarşılaşacağınız “Araz” haqda nə deyə bilərsiniz?
- Dediyim kimi, indi biz məhz bu oyuna hazırlaşırıq. Rəqib yüksək səviyyəli bir komandadır. Heyətində xeyli sayda braziliyalı oyunçular var. Onlar artıq bir dəfə “Dördlər finalı”nda da oynayıb. Lakin bilirik ki, onları keçə bilərik. Çünki rəqibdən zəif deyilik və onlardan qorxmamalıyıq. Bacardığımız kimi oynasaq “Araz”la oyunda nəticə problem olmamalıdır.

- Bəs digər rəqib – Xorvatiya “Split”i haqda nə deyə bilərsiniz?
- “Araz”la oyundan sonra fikrimiz xorvatiyalılara yönələcək. Bilirik ki. Onlardan üstün keyfiyyətlərə malikik. “Barselona” səviyyəsində olan yeganə komanda isə “Barselona”nın özüdür. Biz isə onlara qarşı yaxşı oyun göstərməyə çalışacağıq.