“Hakimin üzünə tüpürmək yaxşı hal deyil”
02.10.2012 - 17:00
“Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi
- İntizam Komitəsinin bu gün keçirdiyi iclasında haqqınızda ağır cəza çıxarıldı. “Turan”la oyunda hakimə tüpürdüyünüzə görə 6 oyunluq cəza və 5000 manat cəriməyə məruz qaldınız. Yəqin ki, qərarın belə sərt olacağını gözləmirdiniz...
- Elədi. Buna görə də dilxoram. Həmin an hirsli idim. Fikirləşdim ki, birdən hakimə nəsə edərəm, məni futboldan ömürlük qovarlar. Özümü ələ almağa çalışdım, ancaq gördüm ki, dözə bilmirəm və... Bilirsiniz, hakim bundan qabaq mənə yersiz sarı vərəqə vermişdi. Ancaq indi bu hərəkəti etdiyim üçün peşmanam. Cəzanın 6 oyunluq olmasını isə başa düşmürəm. Onda belə çıxır ki, hamı nəsə etməyini gözləyirlər ki, məni dərhal qovsunlar, 6-7 oyun cəzalandırsınlar? Niyə belə edirlər, başım çıxmır. Fikirləşirdim ki, hardasa 3-4 oyunluq cəzalandırarlar. Ancaq 6 oyunu gözləmirdim. Bu, çoxdur.
- Komanda rəhbərliyi qərarla bağlı Apelyasiya Komitəsinə müraciət edəcək. Cəzanızın yüngülləşdirilməsi istisna deyil. Buna ümid edirsiniz?
- Əlbəttə. Həmişə hər şeyin yaxşısına ümid edirəm. İnşallah, cəzamın müddətini azaldarlar.
- Yığmamızın Rusiya ilə oktyabrın 16-da Moskvada keçiriləcək rəsmi oyununa dəvət edilmişdiniz. Amma Tovuzdakı hərəkətinizə görə adınız az öncə millinin heyətindən çıxarıldı...
- Özüm də bilirəm ki, pis hərəkət eləmişəm. Bu, mənə yaraşmır. Həm özümə, həm də kluba ziyan vurdum. Ancaq yenə də mənə inansalar, meydana buraxsalar, futbolçu kimi çıxıb oynayacağam. Həyatda belə şeylər olur. Belə şeylərə də hazır olmaz lazımdır.
- İndiki halda cəzanız noyabrın 24-də “Kəpəz”lə səfər qarşılaşmasında bitəcək. Həmin vaxtadək yığmanın noyabrın 16-da Şimali İrlandiya ilə də səfər görüşü olacaq. Baş məşqçi Berti Foqts çətin ki sizi həmin oyuna da çağırsın...
- Düzdür. Mən buna da pis baxmıram. Hamısı öz günahımdır. Oynamayandan sonra baş məşqçi milliyə çağırmayacaq. İnşallah, ümidimi itirmirəm. Cəzamı azaldarlar və klubuma, yığmaya kömək edərəm.
- Klub rəhbərliyi keçirdiyi iclasda sizinlə bağlı ölçü götürdüyünü açıqlayıb. Cəzanız nə olub, nə qədər cərimələyiblər?
- Əlbəttə, cərimə olacaq. Çünki komandanı pis vəziyyətdə qoymuşam. Hakimin üzünə tüpürmək yaxşı hal deyil. Bu, həm klub rəhbərliyinin, həm də öz adıma görə pisdir. Yəqin, yaxınlarda cəzamı deyərlər, mən də bilərəm.
- Sizin meydanda emosionallığınız başınıza çox bəla gətirib, sarı, qırmızı vərəqələr alırsınız. Bununla bağlı fikirləşmirsiniz ki, artıq buna son qoymaq lazımdır...
- Emosionallığımdan başım çox ağrıyır. Ancaq bilirəm ki, artıq bunun da sonu olmalıdır. Daha belə hərəkətlər mənə yaraşmaz. Artıq neçə dəfədir ki, qırmızı vərəqə almışam, komandamı azlıqda qoymuşam. Hamı məni belə tanıyır. Yaşlaşdıqca çalışacağam ki, artıq belə şeyləri yığışdırım. Bu, mənim üçün ən böyük dərs, zərbə oldu. İstəməzdim ki, 6 oyun kənarda qalım. Ancaq bundan böyük nəticə çıxaracağam.
- “Xəzər Lənkəran”ın ardıcıl 3 məğlubiyyətdən sonra AZAL-la səfər oyununda nəyə ümid edirsiniz? Üstəlik, komandanıza uzun müddət yoxluğunuzda çətin olacaq...
- Məni başqa futbolçu əvəzləyə bilər. Sabah Allahın köməyi ilə qələbə qazanıb, 3 oyunluq məğlubiyyətsiz seriyamıza son qoyacağıq. İnanmıram ki, 4-cü oyunda məğlub olaq. Futbolçular da uduzmaqdan pis olublar. Yalnız qələbəyə ümid edirəm.
- Sizdə bu inam nədən gəlir? Ardıcıl 3 məğlubiyyətdən sonra psixoloji durumu pis olan futbolçular nəyin hesabına qalib gələ bilərlər?
- Kollektiv yığışmağı hesabına. Futbolçular 90 dəqiqədə nəyi var meydanda qoyub, qələbə qazanmalıdırlar ki, “qara zolaq”dan çıxsınlar. Ancaq bunun hesabına - mehriban olub, birgə səylər nəticəsində istəyimizə nail ola bilərik. İstək olan yerdə hər şey olacaq. Kim qələbəni çox istəyir, o da qazanır.
Mehman SÜLEYMANOV

0
0