Dieqo Milito gələsi olmadı, Antonio Kassano ehtiyatda qalacaq
02.10.2012 - 16:42
Avropa Liqasının qrup mərhələsinin II turunda Azərbaycan çempionu “Neftçi”nin qonağı olacaq “İnter”in heyəti ilə bağlı məqamlara aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Milan təmsilçisinin bombardiri olan argentinalı hücumçu Dieqo Militonun Bakıya gətirilməyəcəyi dəqiqləşib.
Baş məşqçi Andrea Stramaççoni onu oktyabrın 7-də “Milan”la derbi matçı üçün qorumağı lazım bilib. Dieqonun hücumda komanda yoldaşı olan Antonio Kassano isə Azərbaycana gələn heyətdə yer alıb.
Lakin o, matçı ehtiyat oyunçular skamyasından başlayacaq. İtaliya yığmasının üzvünə ehtiyac olacağı halda, Kassano meydana buraxılacaq.
Əvəzində digər aparıcı oyunçular kapitan Xavyer Zanetti ilə Quarin ilk dəqiqələrdən meydanda olub, öz təcrübələrini gənc futbolçulara verəcək.
Bu arada komandanın zədəli oyunçuları Kristian Kivu ilə Uesli Sneyderin də durumuna müəyyən mənada aydınlıq gəlib. Belə ki, zədəli rumıniyalı müdafiəçinin təkrar cərrahiyyə əməliyyatına ehtiyac yaranıb. Sneyderin bərpa prosesi isə yavaş getdiyindən onun “Milan”la oyunda da meydana çıxmayacağı dəqiqdir.

0
0