Obi “Neftçi”yə qarşı oynacağına ümid etmir
02.10.2012 - 16:51
“Neftçi”nin Avroliqada rəqibi olan İtaliyanın “İnter” klubunun nigeriyalı futbolçusu Coel Obi yaşıl meydana qayıtmağa hazırlaşır. Apasport.az saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi hələ ötən mövsümün sonunda, mayda aldığı zədə üzündən cari mövsümdə kənarda qalıb.
Obi “Neftçi” ilə qrup mərhələsinin II turunda oktyabrın 4-də Bakıda keçiriləcək matça yox, yığmasının oyununa qədər sıraya dönəcəyinə ümid edir: “Mən “İnter”in heyətinə qayıtmağıma görə şadam. Bu komandada çıxışımı davam etdirmək istəyirəm. Fikrimcə, mən növbəti həftədə baş məşqçi Andrea Stramaççoninin sərəncamına cəlb olunacağam. Bu, Nigeriyanın Liberiya yığması ilə oyunu öncəsi ideal forma yığmağıma imkan verəcək”.

0
0