Mənsimov futbolçuları məsuliyyətli olmağa çağırdı
02.10.2012 - 23:04
Mənsimov futbolçuları məsuliyyətli olmağa çağırdı
"Xəzər Lənkəran" klubunun prezidenti Mais Mənsimov ötən gün "AZAL Arena"ya gələrək komandanın heyətilə məşqdən əvvəl toplantı keçirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, prezident tədbirdə çıxış edərək bir daha futbolçuları məsuliyyətlərini dərk etməyə çağırıb.

O, ümidvar olduğunu bildirib ki, bu gün Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində AZAL-a qarşı keçiriləcək görüşdə komandanın adına layiq oyun nümayiş etdirəcək.

Mənsimov daha sonra klub komandanın məşqini izləyib.