“Mançester Yunayted”in 100-cü qələbəsi
03.10.2012 - 08:42
“Mançester Yunayted”in 100-cü qələbəsi
“Mançester Yunayted”in Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin II turunda Rumıniyanın ÇFR klubu ilə oyunda qazandığı qələbə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, rəqibini səfərdə rəqibini 2:1 hesabı ilə məğlub edən Aleks Feryqusonun çalışdırdığı komanda ÇL-nin qrupunda 100-cü qələbəsini qazanıb. Bununla da Mançester təmsilçisi turnirin əsas mərhələsində qələbə sayına görə Madrid “Real”ına çalıb. İspanlar bu gün Hollandiyada “Ayaks”a qalib gələrsə, yenidən irəlidə olacaq.

“Barselona” isə səfərdə “Benfika”nı 2:0 hesabı ilə yenməklə, 99-cu qələbəsini qazanıb. O, yubileyini növbəti turda Şotlandiyanın “Seltik” klubu ilə matçda qeyd edə bilər.