Yığmamız üçün 3 rəqib
03.10.2012 - 08:54
Yığmamız üçün 3 rəqib
Oktyabrın 5-dən 17-ə qədər İspaniyanın Marbelya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 3 oyunda qüvvəsini sınayacaq. Apasport.az saytının məlumatına görə, millimizin rəqiblərinin kimliyinə aydınlıq gəlib.

Yığmamız oktyabrın 9-da “Malaqa” klubu ilə qarşılaşacaq. Növbəti 2 matçda isə Bernard Lippertin yetirmələri millilərlə üz-üzə gələcək. Ayın 12-də kanadalı həmyaşıdlarını sınağa çəkəcək millimiz 16-da ABŞ ilə qarşılaşacaq..

Mənbə: affa.az