“Mənə iynə vurulandan sonra tavana kimi tullana bilirdim”
03.10.2012 - 09:54
“Mənə iynə vurulandan sonra tavana kimi tullana bilirdim”
Argentina yığmasının sabiq futbolçusu Matias Almeyda maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, karyerasını bitirən keçmiş yarımmüdafiəçi 8 il qabaq çıxış etdiyi İtaliya A seriyası və ən əsası, 2002-2004-cü illərdə şərəfini qoruduğu “Parma” haqda indiyədək ictimaiyyətə məlum olmayan şok məlumatlar verib.

Almeydanın sözlərinə görə, A seriyası dünyanın bir nömrəli çepionatı hesab olunduğu vaxtda orada oynayan futbolçular dopinqdən istifadə edirmişlər: “Parma”da hər oyundan qabaq bizə venadaxili hansısa maddə daxil edilirdi. Klub nüməyəndələri deyirdilər ki, bu, vitamindir. Amma mənə iynə vurulandan sonra tavana kimi tullana bilirdim. Futbolçular onda heç bir sual vermidilər. Ancaq biz karyeramızı bitirdikdən sonra bəzilərinin ürəyində problemlər oldu, əzələlər ağrımağa və bir neçə digər xoşagəlməz hallar müşahidə olunmağa başladı. Düşünürəm ki, bütün bu xəstəliklər o zaman klubda biz futbolçuların başına gətirilən bu hallarla bağlıdır”.

Qeyd edək ki, Almeyda Argentinanın ən titullu klublarından olan “River Pleyt”i bu ildən çalışdırır.