Yığmamızın beşinci cəhdi
03.10.2012 - 10:43
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Rusiyada Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, yığmamız 2013-cü ilin yanvarında Sankt-Peterburq şəhərində təşkil olunacaq yarışın iştirakçıları sırasındadır.
Belə ki, artıq gələn il yanvarın 5-dən 13-dək baş tutacaq turnirin iştirakçılarının tam siyahısı dəqiqləşib. Millimiz bu dəfə 1995-ci il təvəllüdlülərin qatılacağı yarışda mübarizə aparanlar sırasındadır.
Əvvəlki illərdən fərqli, turnirin tarixində ilk dəfə 16 komanda qalib adı uğrunda yarışacaq. Bu isə rekorddur. Belə ki, 1981-ci ildən start götürən yarışların 1981-1992-ci illərdə 6, fasilədən sonra bərpa olunan və 2001-2011-ci illərdə 8 komandanın iştirakı ilə keçirilirdi. 2012-ci ildə 12 komanda ilə təşkil olunan yarışda artım gələn il 16-ya çatmaqla davam edəcək.
Yanvardakı turnirə Azərbaycan, Belarus, Belçika, Yunanıstan, İran, İtaliya, Latviya, Litva, Rusiya, Sankt-Peterburq şəhərinin yığması, Sloveniya, Türkiyə, Ukrayna, Finlandiya, Çexiya və Şotlandiya qatılacaq.
Qeyd edək ki, bu yarış Azərbaycan yığmasının Valentin Qranatkinin xatirəsinə həsr olunan turnirdə 5-ci cəhdidir. Komandamız 2009-cu ildən hər dəfə kubok uğrunda mübarizəyə qoşulur.

0
0